“Hasarın o üzü” tamaşası Gənc Tamaşaçılar Teatrında

Fevralın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Hasarın o üzü” tamaşası təqdim olunacaq.
Manera.az xəbər verir ki, səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.
Tamaşada Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova çıxış edəcəklər.
Allaha sığınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir. İnsan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
MANERA.AZ