manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrında “Qohumlar”...

Gənc Tamaşaçılar Teatrında “Qohumlar”...

İyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri-“Qohumlar”ın təqdimatı olunacaq

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, tamaşa Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda səhnələşdirilib. Ötən ay premyerası baş tutan “Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən hazırlanıb.

İki hissəli müzikl janrlı tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova və Zümrüd Quliyeva ifa edəcəklər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031