manera.az
manera.az

Varlıqla yoxluğun arasında - Şeirlər

📅 19.10.2026 20:10


Manera.az Cavid Musanın şeirlərini təqdim edir:

Bu dünyada hər şey bitir.
Bəs bitməyən şeylər nədi?
Zaman...
Zaman sonsuz, Zaman əbədi.
Şəfəqlərdə quşların səsini dinləyirsən?
Onlar uçdu.
Ağaclarda yarpaqların
xışıltılı səslərini eşidirsən?
Onlar töküldü.
Bəs xəzan üstə yeriyən insan?
O, torpağa qarışdı.
Hər şey bir anda olur.
Hər şey bir anda bitir.
Hər şey bitir, "bir an" bitmir.
Zaman sonsuz, zaman bitmir!
***
Doğru olan birdir, yalnışlardır çeşid - çeşid
Varlığım yoxluğa bərabərdir həmçinin zidd,
Qaranlıqdan qorxma, səmada bir səs var eşit.
Hər yer mənə gündüzdür!

Keçmişdən bugünə xatırla öz çağlarını
Vadilərdə çəpər salmış tikan bağlarını
Sinəsindən ötüb keçdim qoca dağlarını
Yoxuşlar da dümdüzdür!

Ağıllanan ruhun dəlilikdən nələr çəkər?
Çəkər yorulmayar, fəryadını ərşə çəkər
Zəka ilə ruh birləşər, zülmə qalib gələr
Qol qüvvəsi day - gücsüzdür!

Yağış gedib qara buludla göydə evlənib
Sonra ömrü boyu ağlar - ağlar gileylənib
Bir damla ömürdə coşqun dəniz gizlənib.
Sözlə boğulmaq - sözsüzdür!
***
İçimdə tufan var, üzümdə sükut
Bu dolaşıq sevgi yardı bağrımı.
Həsrətin, vüsalın savaşır yenə
Tanrı, dözümüm kəsmir ağrımı.
Məhəbbət içində qəhrə dolmuşam
Xoş xatirələrin gəlir ağlıma
Sənsiz o qədər böyümüşəm ki,
sənlə qayıdıram uşaqlığıma
Bu sevda sonsuz yol deyil mənə
Bu eşq qovuşmaqla bitməyəcəkdir
Sevgi də qovuşmaq deyil, biləsən
Sevgi od tutub köz - köz yanmalı
Vicdan qorumaq çün deyil, biləsən
Vicdan da tikə - tikə parçalanmalı
Sənin taleyinlə savaşmasam da
bu təzad içində əbədi yolçu
sənə qovuşsam da, qovuşmasam da
Bu eşq əbədiyyə hesablanmalı!


Baxış sayı - 29 | Yüklənmə tarixi: 19.10.2026 20:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031