manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrında növbəti premyera

📅 16.12.2016 10:30

Gənc Tamaşaçılar Teatrında növbəti premyera
Dekabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış şair və dramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.

Bu səhnə əsəri mövsümün ikinci uşaq tamaşasıdır.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir.

Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur. Rolları teatrın gənc və istedadlı aktyorları Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev və başqaları ifa edəcəklər.

Yeni premyera ilə yanaşı, teatrda həftəsonu daha 5 maraqlı səhnə əsəri nümayiş etdiriləcək.


Baxış sayı - 1 355 | Yüklənmə tarixi: 16.12.2016 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031