manera.az
manera.az

Ankarada IV Dünya Mədəniyyətləri Festivalı keçiriləcək

📅 09.10.2026 05:58

Ankarada IV Dünya Mədəniyyətləri Festivalı keçiriləcək
Oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada IV Dünya Mədəniyyətləri Festivalı keçiriləcək.

Müxtəlif xalqların mədəniyyətlərinin qastronomiya, rəqs, moda və musiqi vasitəsilə bir araya gətiriləcəyi festivalda Azərbaycan da xüsusi proqramla təmsil olunacaq.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə festivalın açılış mərasimində ölkəmizin zəngin mədəni irsi, milli adət-ənənələri və incəsənət nümunələri nümayiş etdiriləcək.

Saat 14:00-da başlayacaq açılış mərasimindən sonra, saat 15:00-da Azərbaycan milli rəqsləri təqdim olunacaq, ənənəvi geyimlərimizin nümayişi keçiriləcək. Həmçinin festival çərçivəsində təşkil ediləcək mədəniyyət stendlərində Azərbaycanın milli-mədəni dəyərləri tanıdılacaq.

Dünyanın müxtəlif xalqlarının mədəniyyətlərini bir araya gətirəcək festivalın Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya tanıdılmasına və xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verməsi gözlənilir.


Baxış sayı - 22 | Yüklənmə tarixi: 09.10.2026 05:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031