manera.az
manera.az

"Hörümçək adam" Bakıya gəlir

"Hörümçək adam" Bakıya gəlir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır.

Bu dəfə sənət ocağı balacaların görüşünə Sten Linin "Hörümçək adam” tamaşası ilə gələcək.

MANERA.AZ xəbər verir ki, teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov tamaşa ilə bağlı təəssüratlarını bölüşərək deyib: "İnanıram ki, digər tamaşalarımız kimi, bu səhnə əsəri də bizim kiçik yaşlı tamaşaçılarımızda böyük marağa səbəb olacaq. Onlar hər il olduğu kimi, bu il də bayram ovqatlarına xüsusi rəng qatan teatrımıza yüksək əhval-ruhiyyə ilə gələcək. Tamaşa həm uşaqlar, həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”.

Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşanın səhnə plastikası Ceyhun Dadaşova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları aktyorlar Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcək.

Tamaşanın premyerası dekabrın 29-na nəzərdə tutulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031