manera.az
manera.az

Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

📅 15.10.2026 08:38


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə Səməd Vurğunun ev-muzeyində “Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan...” adlı tədbir keçirilib.

Tədbir Cəfər Cabbarlının ev-muzeyi, Əzim Əzimzadənin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbir Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilovun və Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızının açılış nitqləri ilə başlayıb.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy XX əsr Azərbaycan ədəbiyyatının iki klassiki - Cəfər Cabbarlı və Səməd Vurğun haqqında çıxış ediblər.
Ədəbi-bədii hissədə şagirdlərin ifasında Səməd Vurğunun “Oxu gözəl”, “Qəzəl”, “Dağlar”, "Təbiət ilhama çağırır məni”, “Azərbaycan”, “Şuşanın dağları”, “Dünya”, “Şair, nə tez qocaldın sən?”, “Yadıma düşdü” şeirləri səsləndirilib və “Azərbaycan” rəqsi nümayiş olunub.
S.Vurğuna həsr olunmuş “Vurğun nəğməsi” adlı mahnının süni intellektlə hazırlanmış klipi, Ümumimilli Lider Heydər Əliyevin “Vaqif” tamaşası haqqında fikirləri və “Azərbaycan” şeirini səsləndirdiyi videosüjet, həmçinin tamaşadan bir parça nümayiş olunub.


Baxış sayı - 28 | Yüklənmə tarixi: 15.10.2026 08:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031