Hüseyn Cavidin əsərləri Türkiyədə nəşr olunub

Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin “Hüseyn Cavid – Pyeslər” kitabının birinci cildi Türkiyə türkcəsində nəşr olunub.
Manera.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan kitab Ankaranın “Perge” nəşriyyatında işıq üzü görüb.
Dosent, doktor Mehdi Gəncəlinin tərcümə etdiyi nəşrin ön sözünün müəllifi və redaktoru akademik Rafael Hüseynovdur.
Kitaba dramaturqun “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” əsərləri daxil edilib.
Nəşrin növbəti iki cildinin də çapı, həmçinin Azərbaycanda və Türkiyədə təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.