manera.az
manera.az

"Sabir Rüstəmxanlı – mütəfəkkir Xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfrans keçirilib

📅 12.10.2026 12:43


Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu ilə birlikdə Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. “Sabir Rüstəmxanlı – mütəfəkkir Xalq şairi və istiqlal mübarizi” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Xalq şairi ilə bağlı təbrik sözləri söyləyiblər.

Elmi konfrans məruzələrlə davam edib. Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli “Sabir Rüstəmxanlı yaradıcılığında tarixi Azərbaycan və milli məsələ”, fəlsəfə elmləri doktoru Mətanət Şəkixanova “Sabir Rüstəmxanlının ‘Ömür kitabı’ – milli ruhun və kimliyin oyanış düsturu” mövzularında çıxış edərək Xalq şairinin yaradıcılığında milli kimlik, milli ruh, tarix və istiqlal məsələlərinin həlli haqqında fikirlərini bildiriblər.

Daha sonra professor Salidə Şərifova “Sabir Rüstəmxanlı romanlarında mifoloji və fantastik amillərin əksi” mövzusunda çıxış edib, fəlsəfə elmləri doktoru, Vətən müharibəsi veteranı Radif Mustafayev isə şairin “Qarabağa dönüş” poemasındakı məchul qəhrəman obrazını təhlil edib.

Professor İlham Tahirov Sabir Rüstəmxanlı yaradıcılığının dil xəritəsi, leksikoloji zənginliyi haqqında ətraflı məlumat verib, şairin dilinin dilçiliyimizdə ilk müəllif korpusu nümunəsi olduğunu diqqətə çatdırıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Sabir Rüstəmxanlının Türk dünyasındakı mövqeyindən, Türk birliyi uğrunda mübarizəsindən danışıb.
Şairə Asya Əhmədova çıxışında Sabir Rüstəmxanlı poeziyasında Qarabağ mövzusu, işğala qarşı mübarizə və Xocalı faciəsi haqqında fikirlərini bildirib.

Sonda Sabir Rüstəmxanlı çıxış edərək tədbirin təşkilatçılarına və məruzəçilərə təşəkkürünü bildirib.


"Sabir Rüstəmxanlı – mütəfəkkir Xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfrans keçirilib


Baxış sayı - 60 | Yüklənmə tarixi: 12.10.2026 12:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031