Zahid Xəlil: Yeni nəşriyyatlar uşaq ədəbiyyatına üstünlük verirlər
![]()
Azərbaycanda son illər uşaq ədəbiyyatının nəşrinə və elmi tədqiqinə maraq artıb.
Manera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu yazıçı, şair, professor Zahid Xəlil bildirib.
O qeyd edib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin yaradılması və şöbəyə ədəbiyyatşünas alim Elnarə Akimovanın rəhbərlik etməsi bu sahəyə göstərilən diqqətin nümunəsidir.
Yazıçı Bakı Beynəlxalq Kitab Sərgisində bəzi yeni nəşriyyatların ilk nəşrlərini məhz uşaq ədəbiyyatına həsr etməsini müsbət qiymətləndirib.
Zahid Xəlil bunun uşaq ədəbiyyatının cəmiyyətdəki əhəmiyyətinin getdikcə daha dərindən dərk olunduğunu göstərdiyini vurğulayıb.