manera.az
manera.az

Prezident: “Azərbaycan əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”

📅 27.10.2026 14:30


Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu və multikulturalizm ənənələrinin xalqımızın həyatında mühüm yer tutduğunu bildirib.

Manera.az xəbər verir ki, dövlət başçısı bu barədə oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı danışıb.

Prezident İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqda tarixi roluna diqqət çəkərək bildirib:

“Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıq”.

Dövlət başçısı ölkədə yaşayan müxtəlif xalqların və dini icmaların qarşılıqlı hörmət şəraitində yaşamasının əhəmiyyətini də vurğulayıb.

Prezident çıxışında milli kimliyin, dilin və ənənələrin qorunması məsələsinə də toxunub.

“Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq”.

Qeyd edək ki, 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən beynəlxalq platformadır.


Manera.az


Baxış sayı - 16 | Yüklənmə tarixi: 27.10.2026 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031