Xalq şairinin “Sürgün sevgi” əsəri səhnələşdiriləcək
![]()
Oktyabrın 22-də saat 16:00-da Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
Manera.az xəbər verir ki, ikihissəli milli faciənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşov, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.
Tamaşa ötən əsrin 30–50-ci illərində Azərbaycan xalqının məruz qaldığı repressiyaları araşdıran akademik Ziyad Şıxlının həyatından bəhs edir. Əsərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycanda başlayan milli azadlıq hərəkatı, 1990-cı ilin yanvarında Sovet ordusunun Bakıya yeridilməsi və bu hadisələrin fonunda akademiklə Sovet ordusunun zabiti olan oğlu Volodya arasındakı qarşıdurma əks olunur.
Eyni zamanda, pyesdə 1930-cu illərdə Qazaxıstana sürgün edilmiş bir ailənin vətənə bağlılığından bəhs edən sevgi hekayəsi də yer alır.
Məhəmməd,
Manera.az![]()