manera.az
manera.az

Prezident İlham Əliyev: “İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir”

📅 27.10.2026 10:45

Prezident İlham Əliyev: “İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir”

“Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir”.

Manera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı milli kimliyin, dövlətçiliyin və müstəqilliyin qorunmasının vacibliyini vurğulayıb.

“Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”, – deyə Prezident İlham Əliyev bildirib.


Manera.az


Baxış sayı - 20 | Yüklənmə tarixi: 27.10.2026 10:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031