manera.az
manera.az

“Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyi qeyd olunub

📅 22.10.2026 18:12


Oktyabrın 22-də “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmilər qızların təhsilinin cəmiyyətin inkişafındakı rolundan, bərabər təhsil imkanlarının yaradılmasının əhəmiyyətindən danışıblar.

Layihənin beşillik fəaliyyətini əks etdirən film nümayiş olunub, təqaüd proqramının iştirakçıları öz təcrübələrini bölüşüblər.

Yubiley tədbiri bədii proqramla başa çatıb.


Baxış sayı - 22 | Yüklənmə tarixi: 22.10.2026 18:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031