Azərbaycanlı modelyerin milli kolleksiyası Türkiyədə nümayiş olunub

Azərbaycanlı tanınmış modelyer Gülnarə Xəlilova Türkiyədə keçirilən IX Beynəlxalq “Bursa Fashion Week” moda həftəsində milli kolleksiyasını təqdim edib.
Manera.az xəbər verir ki, kolleksiyada Azərbaycanın milli geyim ənənələri, zəngin mədəni irsi və dekorativ-tətbiqi sənət nümunələri müasir moda elementləri ilə vəhdətdə nümayiş etdirilib.
Türkiyə, Azərbaycan, Şimali Makedoniya, Rumıniya, Bolqarıstan və İtaliyadan dizaynerlərin qatıldığı tədbir mədəniyyətlərarası əməkdaşlığın inkişafına töhfə verib.
Qeyd edək ki, layihənin təsisçisi, təşkilatçısı və ideya müəllifi tanınmış dizayner Yaşariye Doğandır.