Azərbaycan Teatr Xadimləri İttifaqının kiçik səhnəsində, gənc rejissor ADMİU-nun “teatr kollektivi rejissoru”ixtisasının IV kurs tələbəsi gənc rejissor Nuranə Dadaşovanın quruluş verdiyi yeni tamaşanın premyerası olacaq.Tanınmış türk yazıçısı-dramaturq Tüncer Cücenoğlunun "Matruşka" əsəri əsasında hazırlanan eyni adlı bir hissəli tamaşada əməkdar artist Azad Şükürov və tanınmış bədii qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sənətşünaslıq elmləri doktoru Məleykə Məmmədova çıxış edəcəklər.
Qeyd edək ki, əsəri türk dilindən çevirən Məleykə Məmmədovadır. Tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadədir.
"Matruşka" tamaşası mayın 23-ü saat 17.00-da Teatr Xadimləri İttifaqında nümayiş etdiriləcək.
Turan Etibaroğlu
Baxış sayı - 1 511 |
Yüklənmə tarixi: 21.05.2017 11:09