manera.az
manera.az

“Mehmanxana sahibəsi” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında MANERA.AZ

📅 30.11.2015 11:03

“Mehmanxana sahibəsi” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında MANERA.AZ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın məşq prosesinə start veriləcək.

Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən italiyalı dramaturq Karlo Qaldoninin “Mehmanxana sahibəsi” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verəcək.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerdən qisasından bəhs edir.


Baxış sayı - 1 839 | Yüklənmə tarixi: 30.11.2015 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930