manera.az
manera.az

“Sürgün sevgi”nin premyerası keçirilib

📅 23.10.2026 12:05

“Sürgün sevgi”nin premyerası keçirilib
Sumqayıt Dövlət Teatrında Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” əsəri əsasında hazırlanmış ikihissəli milli faciə tamaşasının premyerası anşlaqla keçirilib.

Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun səhnələşdirdiyi tamaşanın musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsusdur.

Tamaşada Azərbaycan xalqının repressiya tarixindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən, eləcə də sürgün, vətən həsrəti və sevgidən bəhs olunur.

Premyerada tanınmış ictimai və sənət adamları iştirak ediblər. Sonda Sabir Rüstəmxanlı və Ağalar İdrisoğlu çıxış edərək tamaşaçılara təşəkkürlərini bildiriblər.


Baxış sayı - 24 | Yüklənmə tarixi: 23.10.2026 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031