manera.az
manera.az

Tanınmış alimin vəfatından 1 il ötür... - MANERA.AZ

📅 05.09.2016 10:30

Tanınmış alimin vəfatından 1 il ötür...  - MANERA.AZ
Manera.az xəbər verir ki, bu gün tanınmış dilçi alim, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, “Şöhrət” ordenli, akademik Ağamusa Axundovun vəfatından 1 il keçir.

Xatırladaq ki, alim ədəbiyyatşünaslıq sahəsinə böyük töhfələr verib. Onun “Dil və ədəbiyyat” adlı ikicildliyi məhz dil və ədəbiyyatın birgə təmasına, inteqrasiyasına, ədəbiyyatşünaslıq məsələlərinə həsr olunub. A.Axundov bir çox monoqrafiyaların, o cümlədən Azərbaycan filologiya elmi tarixində dəyərli mənbə hesab edilən 500-dən artıq elmi əsərin müəllifidir.

Alim 5 sentyabr 2015-ci ildə vəfat etmişdir. Bakıda, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Allah rəhmət eləsin!

MANERA.AZ





Baxış sayı - 1 576 | Yüklənmə tarixi: 05.09.2016 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031