manera.az
manera.az

Türkdilli dövlətlərin yazarları Bakıda -MANERA.AZ

Türkdilli dövlətlərin yazarları Bakıda -MANERA.AZ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihəyə Özbekistan, Tatarıstan, KKTC, Makedoniya, Azərbaycan, Qırğızıstan və Türkiyədən yazarlar qatılıb.

Artıq bir neçə gündür ölkəmizdə olan yazarlar bir çox muzeyləri, tarixi abidələri ziyarət edib, Azərbaycan haqqında yetərincə məlumatlanıblar.
Lahiyənin rəhbəri Əfsanə Ələsgərli manera.az-a açıqlamasında qeyd etdi ki, bu cür lahiyələrin, görüşlərin yalnız bir məqsədi var; “Azərbaycan mədəniyətini, ədəbiyyatını, irsini türkdilli ölkələrə yetərincə tanıdıb çatdıra bilmək!”

“Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində Bakıda səfərdə olan türkdilli dövlətlərin və topluluqların yazıçı və şairləri Aşıq Şəmşir Mədəniyyət Ocağında və Gəncliyə Yardım Fondunda keçirilən silsilə konfrans görüşlərdə qonaqlara Azərbaycan tarixi, ədəbiyyatı, mətbəxi haqqında yetərincə məlumatlar veriliblər – deyə Əfsanə Ələsgərli əlavə edib.

Konfransda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvi, Güney Azərbaycan mətbuatı araşdırmaçısı filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, "Ədəbiyyat" qəzetinin baş redaktor müavini Adil Cəmil, türk xalqları ədəbiyyatının bir sıra görkəmli nümayəndələrin əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdıran və türk ədəbiyyatının araşdırılması məşğul olan filologiya elmləri doktoru Ramiz Əskər və digər görkəmli şəxslər çıxış edərək qonaqları salamlamış və qonaqlara Azərbaycan ədəbiyyatı, kulinariyası haqqında yetərincə məlumat veriblər.

Sonda DGTYB-nin sədri Əkbər Qoşalı qonaqları və eləcə də bir çox gənc yazarı 02-06 iyun 2015-ci il tarixində Azərbaycanda düzənlənən etkinliklərdə yaxından iştirakına və verdiyi töhfələrə görə fəxri fərmanla təltif edib.

Çinarə Ömray

Türkdilli dövlətlərin yazarları Bakıda -MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930