manera.az
manera.az

Tanınmış alimin yubiley tədbiri keçirildi - MANERA.AZ

📅 26.12.2015 16:50

Tanınmış alimin yubiley tədbiri keçirildi - MANERA.AZ
Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Aydın Qulam oğlu Ələkbərovun bu yaxınlarda 84 yaşı tamam oldu.

Bu münasibətlə bu gün BSU-nun Yaradıcılıq fakültəsində Aydın Ələkbərovla görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, BSU-nun rektoru, professor Asif Hacıyev və işçi kollektivi, tələbələr, eləcə də digər ədəbiyyat adamlarının iştirakı ilə baş tutan tədbirdə öncə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla çıxış edərək Aydın Ələkbərovu və qonaqları salamlayıb.

Çıxışının davamında akademik Aydın Ələkbərovu 84 yaşı tamam olması münasibətiylə təbrik edərək, onun Azərbaycan ədəbiyyatında önəmli yer tutduğunu xüsusi vurğulayıb, zəngin yaradıcılığından bəhs edib.
Tanınmış alimin yubiley tədbiri keçirildi - MANERA.AZ
Tədbirdə çıxış edən professor Asif Hacıyev Aydın Ələkbərov haqda xoş sözlərini dilə gətirib, onun mütaliyəyə hədsiz maraq göstərən alim olduğunu diqqətə çatdırıb.
Tanınmış alimin yubiley tədbiri keçirildi - MANERA.AZ
Daha sonra çıxış edənlər Aydın Ələkbərov haqqında maraqlı xatirələrini bölüşərək, onu 84 illik yubileyi münasibətilə təbrik edib, cansağlığı, elmi fəaliyyətində uğurlar arzulayıblar.

Sonda A. Ələkbərov çıxış edərək, K.Abdullaya görüş üçün təşəkkür edib, tərcümə etdiyi şeirlərdən bir neçəsini səsləndirib.


MANERA.AZ


Baxış sayı - 1 964 | Yüklənmə tarixi: 26.12.2015 16:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031