manera.az
manera.az

Akademikin yeni kitabları |MANERA.AZ

Akademikin yeni kitabları |MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda akademik Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” və “Seçilmiş əsərləri” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yeni nəşrlər barədə məlumat verib.

K.Talıbzadənin həyat və yaradıcılığından danışan İ.Həbibbəyli bildirib ki, görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm xidmətləri olub. Diqqətə çatdırılıb ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən olan K.Talıbzadə Azərbaycan ədəbi tənqidinə, onun tarixi və nəzəriyyəsinin öyrənilməsinə bütöv bir ömür sərf edib. Yaradıcılığında ədəbi əlaqələrə böyük önəm verən görkəmli alim bu istiqamətdə görülən işləri daha da zənginləşdirib. O, həmişə gəncliyə diqqət göstərib, zəhmətkeş və istedadlı gənclərdən qayğısını əsirgəməyib.

İnstitutun əməkdaşı, filologiya elmləri doktoru Vaqif Yusifli “Görkəmli tənqidçi ədəbiyyatşünas Kamal Talıbzadə” mövzusunda məruzəsində bildirib ki, ədəbiyyat tarixçiliyi K.Talıbzadənin tənqidçi təfəkkürünün möhkəm dayağıdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və başqaları çıxış edərək, XX əsr Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi K.Talıbzadənin ənənəvilik və müasirlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini bildirib, alimi Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndiriblər.

Tədbirdə tanınmış elm və mədəniyyət nümayəndələri, Ədəbiyyat İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin, Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları iştirak ediblər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728