manera.az
manera.az

Mən çoxdan halıyam can əzabından... |MANERA.AZ

📅 25.07.2016 16:24

Mən çoxdan halıyam can əzabından...  |MANERA.AZ
MANERA.AZ İbrahim İlyaslının yeni şeirini təqdim edir:

CAN

Mənə nə desən de, xanım əfəndim,
Amma mənə bircə “can” demə, nolar!
Mənə “can” deyənə can borcum qalır,
Qıyıb da gəl “qana-qan” demə, nolar.

Mən çoxdan halıyam can əzabından,
Bilirəm can alıb, can vermək nədi.
Təzə yaraları qaysaq tutanda,
Köhnə yaraları qan vermək nədi...

Daha buz dağıdır mənim can payım,
Xəbəri də olmaz – “ət kəs ətindən”.
Virandı can evim, könül sarayım,
Virandı eşq adlı səltənətim də.

Şan-şöhrət deyirsən... Nə bilim, varsa
Şöhrət sənə qurban, şan sənə qurban.
Ömrünə bir anlıq ömür qatarsa,
Apar, sənin olsun, can sənə qurban.

Dilindən çıxınca bir himə bəndəm,-
Mənə alış demə, yan demə, nolar...
Mənə nə desən de, xanım əfəndim,
Amma mənə bir də “can” demə, nolar.

MANERA.AZ


Baxış sayı - 2 830 | Yüklənmə tarixi: 25.07.2016 16:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031