"Tanrı" adındadır ən böyük qorxu - Şeirlər | MANERA.AZ
Manera.az Emil Rasimoğlunun şeirlərini təqdim edir:
MƏNÌ ŞƏKÍL-ŞƏKÍL ÖLDÜRƏN ADAM...
Məni şəkil - şəkil öldürən adam,
Necə şəkillərin dəliqanlıdı.
Sənin gözlərindən qan iyi gəlir,
Sənin gözlərinin əli qanlıdı.
Gözümü çırpıram ay işığına,
Nə hörüm yıxdığın evə ...bilmirəm.
Sənə ölə -ölə vuruluram mən,
Səni diri-diri sevə bilmirəm.
Məni şəkil-şəkil öldürən adam,
Məni Tanrı -Tanrı diriltmə nolar.
Qoy itim gecənin elə içində,
Sabahın qapısın kilidlə nolar.
"TANRI" ADINDADI ƏN BÖYÙK QORXU ...
Ínsanın dəniz qorxusudu,
Balığın torpaq qorxusu..
Qorxular belədi,dostum
Saraldır ağacın üzünü,
Yarpağın payız qorxusu.
Tanrı qorxudan yaratmadı,
Bir göz qırpımında qorxudan yarandı .
Özu də döndü qorxuya...
Gözümüzün içində,
dilimizin ucunda
"Tanrı " adındadı ən böyük qoruxu...
...qorxusu olmayan
dəlilər Allahsız olur.
Diriliyin itirmiş
ölülər Allahsız olur...
Yağış - dünyanın öz gününə ağladığı göz yaşı,
günəş dilinin ahıdı.
Çölümüzün iç üzündə
bütün bütləşmiş qorxular,
"Qorxaq"ların Allahıdı .
ÖZÜMÜ ASACAM AY ÍŞIGINDAN...
Buralar başqadı göy adamına,
Deyəsən gəlmirəm xoşuna, yadam.
Bu yerin əl çalan ağaclarına,
Bu yerin qurduna-quşuna yadam.
Daşı ayağından asılanlanları,
Görmədim dilindən sevinən belə .
Aldanıb buraya atılan kəsin,
Nə indi bəxti var, nə indən belə .
Biryolluq canının əlindən qaçıb,
Necə bəxtəvərdi ölü adamlar.
Burda balıq-balıq sular can verir,
Burda fəsil-fəsil ölür adamlar.
Tapılmır Tanrı da...bəlkə hardasa
başında bir işi - başağrısı var.
Yığıb ovuc-ovuc ömrü qaytarım.
Burda kül oyunu, daş ağrısı var.
Oxudum sabahın alın yazısın,
Anamın üzünün qırışığından.
Günəşdən asaram görənlər olar,
Özümü asacam ay işığından.
Manera.az