Darıxanı qapıda saxlamazlar... MANERA.AZ
![]()
Kazım Kazımoviç
Qayıdış
Özüm-özümü evdən qovub
atıram küçəyə...
Eyvanda zivədən asdıqım köynək
arxamca əl yelləyir
Bilmək olmur "Əlvida" yoxsa
"Hələlik" deyir...
Günəş enerjisiylə işləyən aya baxıram
BAKI VAXTI İLƏ SAAT
GECƏNİN:YARISIDI
Bu vaxt kimin qapısın
döyüb demək olar ki,
"Darıxanı qapıda saxlamazlar"
açın girim içəri...
Cavab: Heç kimin olunca
Yenə məcbur olursan öz tərəfindən qovulduqun evə qayıtmaqa...