manera.az
manera.az

Əlvida bağça |MANERA.AZ

📅 27.05.2016 14:49

Əlvida bağça |MANERA.AZ

İsmayıllı şəhər 3 nömrəli körpələr evi uşaq bağçasında “Əlvida Bağça” tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə bağçanın işçiləri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, körpə fidanlar və valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə açan şəhər 3 nömrəli uşaq bağçasının müdiri Elmira Aslanova bağçanın uğurlarından cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətdən, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından söz açıb.

Sonra tədbiri aparıcıları-körpə fidanlar davam etdirib.

Bağçanın savadlı və qayğıkeş tərbiyəçiləri körpələri tədbirə yüksək səviyyədə hazırlamaqları aydın nəzərə çarpırdı. Mənzər Həsənova məktəbə hazırlıq qrupunun tərbiyəçisi, tədbirin hazırlanmasında böyük əmək sərf etdiyi, balacaların Azərbaycan, Vətənpərvərlik mövzusunda söylədikləri şeirlərdən, göstərdikləri səhnəciklərdən, oxuduğu mahnılardan məlum idi.
Əlvida bağça |MANERA.AZ
Musiqi müəlliməsi Lalə Kəbirova uşaqları fortepianoda müşaiyət edib. Körpə fidanların ifasında səsləndirilən şeirlər, musiqi parçaları, səhnəciklər, rəqslər tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbir İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Gülnar Mikayılova və valideynlərin xoş təəssüratlarını bildirmələri ilə başa çatdı.

Elnarə Günəş



Baxış sayı - 2 806 | Yüklənmə tarixi: 27.05.2016 14:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031