manera.az
manera.az

Qurban payı - ULUCAY AKİF yazır... | MANERA.AZ

Qurban payı - ULUCAY AKİF yazır... | MANERA.AZ

Evimizin ən kiçiyi mənəm. Bayram günlərində çox sevdiyim bir vəzifəm olur. Həmişə həyətimizdə kəsdiyimiz qurbanı qonşulara mən paylayıram. Anam bir-bir payları ayırıb mənə hansını kimə aparacağımı deyir və qaça-qaç başlayır. Uşaqlıqdan gördüyüm tək-tük işlərdən biridir ki, həmişə eyni həvəslə edirəm.

İlk olaraq qapı qonşularının qapısını döyürəm və birinci tıqqıltıdan sonra 10 yaşlı uşağa çevrilirəm. Həyəcanla qapının açılmasını gözləyirəm.

- Qurban bayramınız mübarək, Lətifə xala ! Anam pay göndərib. Neçə belə bayramlara !

- Sizin də bayramınız mübarək, oğlum ! Çox sağ olun !

Sevincdən ürəyimin döyüntüsü sürətlənir. Tez evə qayıdıb növbəti payı götürürəm. Tık-tık-tık.

- Salam, Fərman əmi ! Necəsiniz ? Bayramınız da mübarək ! Bu sizin payınızdı. (qaçıram)

- Ə, hara tələsirsən ? Sizinlə bahəm ! O saqqalı da qırx ! Eşitdin ?!

Anam növbəti pay əlində məni qapıda gözləyir. "Bunu tyotya Zoyaya (Zoya xala) apar". Tık-tık-tık.

Evdən qaynadılmış kələm qoxusu gəlir. Deyəsən bu bayram da nəvələri Rusiyadan gəlməyəcəklər. Onun üçün bayramlar adi günlərdən fərqlənmir. 4-5 dəqiqədən sonra qapı açılır və aramızda rus dilində dialoq başlayır:

- Bayramınız mübarək, Zoya xala. (Yaşı 80-ə yaxınlaşsa da ona çox adam xala deyir, yalnız uşaqlar "babuşka" deyir). Necəsiniz?

- Sağ ol, gözəl nəvəm. Nə bayramıdı ? (Zoya xala xristiandı.)

- Qurban bayramı.

- Nə gözəl. Qoy Allah hamıya yardım olsun !

Yaddaşı zəifləyib. Üç ildi universtetdə oxumağıma baxmayaraq məni hər görəndə universtetə daxil olub olmadığımı soruşur. Həvəslə harada oxuduğumu deyirəm, o da həvəslə təbrik edir.

İndi isə sıra Eldar əmidədi. Qapını döydükdən sonra pəncərədən boylanıram. Divanda yarıçılpaq uzanıb, hələ tam ayılmayıb. Stolun üstü siqaret kötükləri, boş içki şüşələri və çörək qırıntıları ilə dolub.

- Eldar əmi, necəsiniz? Qurban payınızı gətirmişəm. Bayramınız mübarək !

- Sağ ol, şair ! Gəl səni öpüm ! (öpür) Allah atana da rəhmət eləsin. Atan həm gözəl şair idi, həm gözəl insan. (gözləri dolur)
- Kefini pozma, Eldar əmi ! Anam dedi içkiylə yeməyin qurban ətini !

Qapını açıb məni görən kimi qucaqlayıb öpən qonşu xalalarımız və fərqli söhbətlər...

Neçə belə bayramlara, ey insanlar...!

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031