manera.az
manera.az

Heç kimin olmadığı şəhərdəyəm - ŞEİR | MANERA.AZ

📅 29.08.2015 14:17

Heç kimin olmadığı şəhərdəyəm - ŞEİR | MANERA.AZ


Manera.az Hədiyyə Şəfaqətin yeni şeirini təqdim edir:

...İndiyəcən heç kimin
Getmədiyi,
Heç kimin
Olmadığı,
Heç kimin,
Heç kimin doğulmayıb, heç kimin ölmədiyi
Bir şəhərdəyəm indi

...Hər tərəfi nur seli, hər yanı ağ işıqdır
Heç nəyin kölgəsi yox,
Özü yox, özgəsi yox,
Günəşi belə yoxdur, Günəşə qarışıqdır
Mən də yoxam,
Gözəldir...

...Çıxarmışam, atmışam bədənimi hardasa,
Barmaqlarım toxunmur uzatdığım heç nəyə
Güzgülərdə əksimi görəmmirəm, görmürəm
Başımın üstündə göy ləpələnir su kimi
Səngimiş düşüncələr
Hardan hara əsdiyi bilinməyən küləyin nəfəsində yayılır
Olmayan ayaqların izi boşluğa düşür,
Olmayan qanadların çırpınışı duyulur...

İndi sənə bunları niyə pıçıldayıram?
Mənim üçün üzülmə,
Yaxşı olduğumu bil,
...Heç olmayan şəhərdə
Olmağıma darıxma deyə pıçıldayıram...

...Bu şəhər
Ah, bu şəhər
Bil ki, bil ki, bu şəhər
Mənim ruhumu tutub
İçinə sığdıracaq qədər geniş deyildir...
Qayıtmaq istəyirəm...

...Qayıtmaq istəyirəm
Mavi zərli qanadı yanan kəpənəklərin daşıdığı ümüdü
Məni sevən adamın
Nə tufanda, nə seldə, nə ağrıda-acıda
Buraxa bilmədiyi əllə anlatacağam
Hər şeyi ikimizin
Danışdığı, duyduğu,
Kəlmələrə sığmayan dillə anlatacağam...

...İndiyəcən heç kimin
Heç kimin olmadığı
Heç kimin doğulmayıb, heç kimin ölmədiyi
Şəhərdən gələcəyəm...
Gələcəyəm...
Üzülmə...

MANERA.AZ



Baxış sayı - 2 346 | Yüklənmə tarixi: 29.08.2015 14:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930