manera.az
manera.az

Vaqif Səmədoğlunun məzarını ziyarət etmədim... | MANERA.AZ

Vaqif Səmədoğlunun məzarını ziyarət etmədim... | MANERA.AZ


Müsahibimiz gənc yazar, hazırda hərbi xidmətdə olan Tural Balabəylidir.

- Tural Balabəyli kimdir?

- Əsgər.

- Ümumilikdə soruşdum...

- Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?

- Kimin şeiridi?

- Bəxtiyar Vahabzadənin. Tural Balabəyli iqtisaditaçıdır əslində. Kimsə onu o sahə üzrə tanımır. Tural Balabəyli şair və jurnalistdir.

- Ədəbi mühitdə şair kimi çox tanınırsız, ya jurnalist kimi?

- Məni daha çox jurnalist kimi tanıyırlar. Şair kimi də sözümü deməyə çalışıram. Az-çox tanınır Tural Balabəyli imzası. Tanınmaq üçün abırsız olmaq lazımdır. Tək abırsız yox, həm də yaltaq olmalısan. Amma mən o tərbiyəni Faiq Balabəylidən almamışam.

- Oxucunuz varmı?

- Var. Amma…

- Amma nə?

- Mən Orxan Pamuk və ya Can Yücel, Sabir Rüstəmxanlı deyiləm…

- Yəni…

- Yənisi odur ki, mən yeniyəm ədəbi camiədə. Oxucu kütləm çox deyil.

-Bəs kimin oxucu kütləsi çoxdur?

- Kimdə oxucu kütləsi çoxdursa, Allah daha da çox qismət etsin. Paxıllığım yoxdur. Amma çoxları bir-birinə söz ataraq tanınıblar. Məncə bir ədəbiyyatçıya yaraşan bir şey deyil...

- Kimlərdi bu yolla tanınanlar?

- Saytları diqqətlə izləsəniz biləcəksiniz.

- Tural, o bütün kişiləri siz bildimi?

- “Bütün kişiləri mən biləcəksən” kitabından söhbət gedir?

- Bəli. Niyə kitabınızın təqdimatın keçirdmədiniz?

- Allah rəhmət etsin xalq şairi Vaqif Səmədoğlunu - sağalmasını gözləyirdim. Daha o kitabın təqdimatı olmayacaq. Çünki Vaqif baba dünyasın dəyişdi...

- Vaqif Səmədoğlundan söz düşmüşkən, o sizə çox dəstək olub…

- Bəli. Çox dəstək olub. Mən onu babam kimi çox istəyirdim.

- Məzarını ziyarət etmisiz?

- Yox. Etməmişəm.

- Axı...

- Naşükür nəvə deyiləm. Amma ziyarətinə gedib onu məzarda görmək istəmirəm. O mənim üçün dağdır, özü də ən uca dağ...

- Vaqif Səmədoğluna şeir ithaf etmisinizmi?

- Bəli.
- Bu şəhər
bu gecə
vurulmalıdır.
Yoxsa
vuracaq
bu şəhər
səni…
Sonra
sən
olmayacaqsan…
Bu şəhərdə
kimlərisə
sevəcəksən,
kimlərisə
itirəcəksən…
İtirdikcə də
küsəcəksən
bu şəhərdən…
Bu şəhər
bu gecə
vurulmalıdır.
Yoxsa
vuracaq
səni
bu şəhər…
Sonra
sən
olmayacaqsan…


- Səncə, insan ölmür?

- Düşünürəm insan ölmür, sadəcə əbədi yatır...
Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün...

- Kimin şeiridi?

- Vaqif Səmədoğlunun. 1962-ci ildə yazıb.

- Bir az sizin yaradıcılığınızdan danışaq...

- Danışaq...

- Şeirleriniz daha çox sevgi mövzüsundadır... Fikirlərinizlə oxuculara nə vəd edirsiz?

- Sevgi şeirləri çox azdır. Xəyanət və ayrılıq mövzusunda çox yazmışam. Çox şükür xəyanətlə və ayrılıqla tanış olmamışam. Vəd haqda pafoslu cümlələr qura bilmərəm. Tezdir o haqda danışmaq.

- Kimləri oxuyursunuz?

- Əsgərəm. Kim yanıma gəlsə və nə kitab gətirsə onun da oxuyuram. Sabir Rüstəmxanlının "Əbədi sevgi" kitabın oxumuşam. Qan Turalını, Kənan Hacını, Ayseli, Emin Pirini, Sevinc Pərvanəni və.s oxuyuram.

- Yaxın vaxtlarda yeni kitab çap etdirmək fikriniz var?

- "ƏSGƏRİN KİTABI" yaxın günlərdə dərc olunacaq. Kitabın adını rəhmətlik xalq şairi Vaqif Səmədoğlu seçib.

- Təqdimatı olacaqı?

- Olacaq. Amma yəqin ki, hərbi xidməti bitirdikdən sonra olacaq.

Söhbətləşdi: Safura Həsənli
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031