manera.az
manera.az

Multikultural görüş _MANERA

📅 09.03.2016 22:48

Multikultural görüş _MANERA

Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Üviyyə Abbasova Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi ilə görüşüb.

MANERA.AZ xəbər verir ki, tərəflər arasında Azərbaycan multikulturalizmi haqqında silsilə tədbirlərin keçirilməsi, Azərbaycan multikulturalizmi barədə Misirin aparıcı universitetlərində mühazirələrin təşkil olunması və universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunması barədə təkliflər müzakirə olunub.

Görüş zamanı Dr. Əhməd Sami Elaydi Azərbaycanda multikulturalizm ilinin elan olunmasına dair mərkəzdə keçirilmiş tədbirlər haqda danışıb.

Üviyyə Abbasova Mərkəzin faəliyyətini yüksək qiymətləndirərək, görüş üçün təşəkkür edib.

MANERA.AZ


Baxış sayı - 2 128 | Yüklənmə tarixi: 09.03.2016 22:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930