manera.az
manera.az

Rektor Əhməd Sami Elaydi ilə görüşüb - MANERA.AZ

📅 06.01.2016 22:15


Rektor  Əhməd Sami Elaydi ilə görüşüb - MANERA.AZ
MANERA.AZ
BSU ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlıq genişlənir

Bu gün Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşüb.

MANERA.AZ xəbər verir ki, görüşdə bu qurumun müdiri Əhməd Sami Elaydi mərkəzin Azərbaycanda fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mədəni əlaqələrin genişlənməsində onun rolundan danışıb.

BSU-nun rektoru, professor Asif Hacıyev mərkəzin Azərbaycanın elm, təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, BSU ilə Misir universitetləri arasında müqavilələrin bağlanması, misirli elm xadimlərinin məqalələrinin universitetdə nəşr olunan elmi xəbərlər jurnalında dərci, müəllim və tələbələrin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzini mütəmadi ziyarət etmələri və digər məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər verilib.


Baxış sayı - 2 074 | Yüklənmə tarixi: 06.01.2016 22:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930