manera.az
manera.az

Turizm Nazirliyinin nümayəndəsi Misir Mədəniyyət Mərkəzində _MANERA

Turizm Nazirliyinin  nümayəndəsi Misir Mədəniyyət Mərkəzində _MANERA

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi arasında görüş keçirilib.

Mərkəzdən MANERA.AZ-a verilən məlumata görə, görüş zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Mərkəzin yaranma tarixindən, fəaliyyətindən, iki ölkə arasındaki mədəni münasibətlərin genişlənməsi üçün aparılan işlərdən söhbət açıb.

Öz növbəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev dəvət üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdirinə öz dərin təşəkkürünü bildirib.

Tanışlıq və əməkdaşlıq məqsədi daşıyan görüşdə tərəflər arasında birgə görüləcək işlər, Azərbaycan respublikası Prezidentinin sərəncamına əsasən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasına əsasən keçiriləcək müştərək tədbirlər müzakirə olunub.

Sonra qonaq Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası ilə tanış olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31