manera.az
manera.az

Mədəniyyətlərarası dialoq - MANERA



Mədəniyyətlərarası dialoq  - MANERAMANERA
Bu günlərdə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə Azərbaycan Dillər Universiteinin rektor vəzifəsini icra edən Dünyamin Yunusov arasında görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq müzakirə olunub.

Görüş zamanı tərəflər arasında əməkdaşlıqdan həyata keçirilən birgə layihələr, fəaliyyətlər barədə danışılıb. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Dillər Universitetində ərəb dilinin tədris edilməsindən məmnunluğunu bildirib. Bundan başqa tərəflər birgə əməkdaşlığın genişləndirilməsi üçün Misir Ərəb Ərəb Respublikasından dəvət olunmuş ərəb dili üzrə mütəxəssislər tərəfindən Dillər Universietində tələbələr üçün treninqlərin keçirilməsi təklifini müzakirə etdilər.


***
Mədəniyyətlərarası dialoq  - MANERA
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində AMEA Fəlsəfə və Hüquq İnstitutunun və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 11 yanvar “2016-cı ilin multikulturalizm ili” elan olunması Sərəncamına əsasən “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış ” adlı beynəlxalq elmi konfransı keçirilmişdir.

Konfransda AMEA-nın Vitse Prezidenti İsa Həbibbəyli, Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi etibar Nəcəfov, AMEA Fəlsəfə və Hüquq Institutunun direktoru İlham Məmmədzadə, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər vəkili Heysam Cəlal, Misir Səfirliyinin Mədəniyyət Attaşesi, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, DİN Polis Akademiyasının rəisi Nazim Əliyev və başqa qonaqlar çıxış edərək Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktının qlobal əhəmiyyət kəsb etdiyini və məsələlərin həlli istiqamətində Azərbaycanın digər ölkələrə nümunə olduğunu qeyd etdilər.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728