manera.az
manera.az

Multikultural əlaqələr möhkəmlənir MANERA.AZ

📅 27.01.2016 12:27

Multikultural əlaqələr möhkəmlənir MANERA.AZ
AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olub.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr.Əhməd Sami Elaydi qonağa Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, fəaliyyətindən danışıb.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru professor İlham Məmmədzadə dəvət üçün Mərkəzin rəhbərinə öz minnətdarlığını bildirib.

Tanışlıq məqsədi daşıyan görüşdə tərəflər arasında 2016-cı ilin multikulturalizm ili elan olunmasına əsasən müştərək tədbirin keçirilməsi, Ümumdünya fəlsəfə gününə həsr olunmuş tədbir, fəlsəfə sahəsində hər iki ölkənin müvafiq qurumlar arasında əməkdaşlıq müqaviləsinin imzalanması müzakirə olub.

Daha sonra AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin zəngin kitabxanası ilə tanış olub.
Sonda qonağa Misir mədəniyyətini və tarixini əks etdirən hədiyyə təqdim olub.


Baxış sayı - 2 207 | Yüklənmə tarixi: 27.01.2016 12:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930