manera.az
manera.az

Sevdiyim qadın | MANERA.AZ

Sevdiyim qadın | MANERA.AZ
manera.az
Nikbin Qasımlının şeiri

darısqal küçələrdəki həyətyanı evlərdə - bütün sevilməyə layiq olan qadınlar dünyasını dəyişdi
darısqal küçələrdəki daxmaya bənzər çay evlərində isə - dul kişilər ölənədək qadınlarsız qocaldı
habelə;
gah fələyin, gah taleyin, gah da insanların öz ucbatından quş yuvaları qədər müqəddəs ailələr dağıldı
beləliklə;
xaraba qalmış ailə yuvaları əbədi ayrılmış ərlə-arvadın keçmişdə yaşanmış xoşbəxtçiliyinə möhtac qaldı

***
bir vaxtlar səs-küylü darısqal küçələr-indi bircə kəlmə yad insanın sözünə, salam-kəlamına həsrət qalıb
o vaxtdan bu darısqal küçələrə-gözəl-əndamlı qadınlar, yaraşıqlı kişilər ayağını basmayıb
ta ki;
o vaxtdan bugünədək – bizim eramız, eradan əvvəl yaşanmış bütün xoş tarixçələrin məhvinə səbəb oldu
elə o gündən - təkbaşıma, sənin üçün ürəyimdə bəslədiyim, böyütdüyüm sevgim,
sonda
qıfıllı sandıqda naftalinə qismət oldu...

***
ta ki;
əvvəllər - darısqal küçələrə döşənmiş çınqıl daşlar yağış suyu ilə islanırdı
indi – həmin küçələr göz yaşı ilə islanır...
əvəllər - bərk-bərk əl-ələ tutuşaraq, darısqal küçələrdə gəzişən sevgililər
indi – yalnızca öz əllərini tutmaqla yetinir...
bəzən
bu səbəbdən
insan görə-görə
insan ürəyində sevə-sevə
hətta
ağlaya-ağlaya
gülə-gülə
hər şeyi – özü də bilmədən
bir göz qırpımında itirir...
bəlkə də
çox vaxt
yalnızca, insanı həyatın özü itirir...
təəssüf ki;
olan olur, olan oldu...
mənim sevgim - qıfıllı sandıqda naftalinə qismət oldu...

***
nəhayət ki;
darısqal küçələrin adamları azalaraq, başqa ölkələrin başqa küçələrinə köç etdilər
elə;
bir vaxt bu küçələrdəki ayaq izlərini, xatirələri, alın yazılarını,
elə;
köç edən kəslərin özləri silib getdilər...
əfsus ki;
darısqal küçələri tərk edib gedən kəslər
bircə gün də olsa öz küçələrində ölmək belə istəmədilər...
indi bu küçələrin insanları yad küçələrin sakinləri oldu...
mənim sevgim - qıfıllı sandıqda naftalinə qismət oldu...

***
bilirsən mi, sevdiyim qadın;
yaradanın tərk etdiyi yerləri bəndələr də tərk etdi
darısqal küçələrə dadanmış küçə itləri də küçələri dəyişdi
darısqal küçələrdə pozğunluq edən qadınlar da başqa küçələri seçdi
indi – darısqal küçələrdə - nə külək əsir – nə də ki zəlzələ olur
görəsən – mənim kimi neçə insanın sevgisi,
sonda
qıfıllı sandıqda naftalinə qismət olur?!...
bircə onu bilirəm ki;
olan olur, olan oldu
mənim sevgim - qıfıllı sandıqda naftalinə qismət oldu...

Son










Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31