manera.az
manera.az

“Biz muğamımızı bütün dünyaya tanıtdıq” – Alim Qasımov | MANERA.AZ

📅 13.06.2015 13:01

“Biz muğamımızı bütün dünyaya tanıtdıq” – Alim Qasımov | MANERA.AZ

“68 min tamaşaçının önünə çıxıb mahnı oxumaq hər müğənniyə qismət olmur. Allaha çox şükür ki, bu, xoşbəxtlik mənə qismət oldu. Çox həyəcan keçirdim. Amma bu mənim üçün şərəfdir”.

Bunu dünən keçirilən möhtəşəm açılış mərasimində öz ifası ilə tamaşaçıları təəccübləndirən Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Alim Qasımov mediaya açıqlamasında deyib.

Əsrarəngiz ifa sərgiləyən muğam ustadı tədbirin təşkilini çox yüksək qiymətləndirib: “Bütün dünyanın, Azərbaycanın izlədiyini mərasimdə çıxış etmək çox məsuliyyətli və qürurverici idi. Bu mənim üçün 100 qat şərəfdir. Həmin mərasimdə iştirak etmək hər bir azərbaycanlıya qismət olmur. Bu cəhətdən mən xoşbəxtəm.

Biz sənətimizi, muğamımızı bütün dünyaya tanıtdıq. Unudulmaz bir bayram gecəsini qeyd etdik”.

“Biz muğamımızı bütün dünyaya tanıtdıq” – Alim Qasımov | MANERA.AZ


Baxış sayı - 1 804 | Yüklənmə tarixi: 13.06.2015 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031