manera.az
manera.az

Sevgi imtahansa sınama məni - Şeirlər

Sevgi imtahansa sınama məni - Şeirlər

Manera.az Heydər Ələddinoğlunun şeirlərini təqdim edir:

Yapışdı

Var olsun həmişə vəfalı dostu
Azca büdrəyəndə əldən yapışdı.
Ağız nə umar ki,gözdən, qulaqdan?
Haçan sıxışdısa dildən yapışdı.

Məqsədə çatmaqçın yıxılıb-durar,
Təpəyə dırmaşar,dərəyə dolar-
Qayanı yarmaqçın lal axan sular
Çaylara qarışıb seldən yapışdı.

Səbrlə gözlədi çovğunu,qarı,
O, hər gün yol gəldi eşqinə sarı-
Min gülü,tikanı qoxlayan arı
Sonunda “yar” deyib güldən yapışdı.

Can atdı içinə qarışmaq üçün,
Vəzifə oynunu yarışmaq üçün-
Tülkü aslan ilə barışmaq üçün
Çaqqalı saymadı,fildən yapışdı.

Həsrət nə etsə də,hədərdən- hədər,
Hicran çilikləndi,puç oldu kədər.
Çətinə düşəndə bu şair Heydər
Xalqına söykəndi,eldən yapışdı!

Dünya

Çox vaxt hədələdin sən məni gendən,
Farağat saxladım dilimi,dünya.
Bir qırıq da vəfa görmədim,səndən
Onsuz da üzmüşəm əlimi,dünya.

Puç olmuş günləri ilə yüklədin,
Üstümə tökülən selə yüklədin,
Ağrını,acını elə yüklədin
Apara bilmirəm şələmi dünya.

Heydərəm,dinəndə bir söz vermədin,
Soyuqdan büzüşdüm,sən köz vermədin,
Gözəl verdin,amma bir göz vermədin
Söylə,etibarın beləmi,dünya?!.

Sənə sevgi şeiri yaza bilmirəm.

Yazıram yurd-yuva Vətən dərdini
Sevgi şeirləri yaza bilmirəm.

Fərqanə Mehdiyeva

Fikrim ötənləri,keçəni danır,
Düşüncəm günahı,savabı qanır,
Qazanım qaynayır,ocağım yanır
Sənə sevgi şeiri yaza bilmirəm.

Bəlkə bu sevginin gözləri dolub,
Bəlkə də vüsalın bağçası solub?..
Ömrünün bir düzüm qonağı olub
Sənə sevgi şeiri yaza bilmirəm.

Bu ömrə düşəcək qışdan utannam,
Evimi tikdiyim daşdan utannam.
Ağaran saçımdan,başdan utannam
Sənə sevgi şeiri yaza bilmirəm.

Keçmiş xatirəyə qonur qələmim,
Sevgidən min şeir yonur qələmim,
Balamı görəndə donur qələmim
Sənə sevgi şeiri yaza bilmirəm...

Yolumu azdıran daddan qorxuram,
Qəfil tutuşacaq oddan qorxuram,
Ləkəli ömürdən,addan qorxuram
Sənə sevgi şeiri yaza bilmirəm.

Mən sənə bir yadam,tanıma məni.
Sevgi imtahansa sınama məni.
Sən Allah nə olar, qınama məni
Sənə sevgi şeiri yaza bilmirəm...

Gördüm

Dövran səbəbindən,gün səbəbindən,
Qohumu,qardaşı,dostu yad gördüm.
Məzlumun içində,mərdin gözündə
Qüssəni,kədəri qatbaqat gördüm.

Zəmanə endirib salar atından,
Keçər deyilən söz yeddi qatından.
Dövlət ucbatından,var ucbatından
Qarışqa önündə fili mat gördüm.

Gəzər veyil-veyil dayanar tində,
Noxtası başında palan belində-
Çox mənəm deyəni qatır cildində
Yarı ulaq gördüm,yarı at gördüm.

Heydərəm,guya ki,lovğalıq etdim,
Kürünü söz ilə mən balıq etdim.
Neçə illər şeirə kovxalıq etdim
Bir sərvət görmədim,quru ad gördüm...

Yamandır

Quruyan budağın,köksüz ağacın
Nüybar üçün bar deməyi yamandır.
Nanəcibin,müxənnətin,alçağın
Namus,qeyrət,ar deməyi yamandır.

Çəkər əməlinə yüz cürə boya,
Nursuz sifətindən gen düşər həya-
Şərəfsizin xoş gəlməkçin qarğaya
Yaltaqlanıb sar deməsi yamandır.

Minnət ilə yeyər çörəyin,dənin,
Malda,mülkdə rahat edər bədənin.
Varlı qızın alıb arvad edənin
Pul xətrinə yar deməyi yamandır.

Heydər,bəyənməyir indi öz adın,
Yağ nədir,bal nədir bilməzdi dadın.
Dədə evi cin ürküdən arvadın
Ər evində var deməyi yamandır!..

Şamaxı

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031