manera.az
manera.az

İlk dəfə payızdan sənsiz keçirəm - Musa Yaqub

İlk dəfə payızdan sənsiz keçirəm - Musa Yaqub
Manera.az ustad şair Musa Yaqubun həyat yoldaşı Zöhrə xanıma yazdığı şeiri təqdim edir:

Payız tənhalığı

Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm,mən də itərəm,
Bir xəzən yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm,keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdır bu nə qəm,kədər,
Sən Allah ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına-qanadı islaq-
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan,otum yarımcan,
Sən Allah bir qanad göndər dalımca
Məni bu payızın içindən keçirt.

Yarı alatoran,yarı işığam
İndi günbatana yol gedir idim
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı-gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə belim demişdim
Çinar yarpağına əlim demişdim-
O da budağından üzüldü düşdü.
Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm,gələrsən haçan?-
Bəlkə son körpümdü,sonuncu keçid,
Ağ atlı bir nağıl göndər dalımca
Məni bu payızın içindən keçirt.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30