manera.az
manera.az

Sevgi layla imiş,sevən laylaçı...- Şeirlər

Sevgi layla imiş,sevən laylaçı...- Şeirlər

Manera.az gənc yazar Rübabə Sahibin şeirlərini təqdim edir:

Dünya məndən kiçikdir

Zərrə əsər eyləməz
Küllü-bədən canıma.
Dərdim dərya, dənizdir,
Qarışıb al qanıma.

Dağlardan da ucayam
Ömür tərəzisində.
Taleyimdən qocayam
Qırışların bəhsində.

Bu yaşdaca çallanıb
Üç ayaqlı, dörd gözlü
Ahıla bənzəyirəm.
Bəzən də lap ərköyün

Dediyini bilməyən,
Gah ağlayıb, gah gülən,
Südəmər uşaq kimi
Kiçilir, körpələşir,
Keçmişimə dönürəm.
Bu canlı məxluqatın
Bitmir giley-güzarı.
Tərəzi səhv qurulub
Ölçülmür can bazarı.

İnsanam narazıyam
Dünyanın gərdişindən.
Kamala dolduqca da
Utanır, usanıram
Ağlımın vərdişindən.

Axı niyə yaranıb
Çeşidli göz düzümü.
Hər gün dəmbədəm artır
Rəqəm kimidi nəfs.
Kaş vahidlik rejimi
Qurulaydı dünyada.
Bir rəqəmi, eşq sözü
Mütləqi-şah olaydı.
Dodaqdan qəlbə axan,
Şairdə ilham qoxan,
Saflıq, sədaqət, sevgi
Olaydı hakim, xaqan.

Yenə üşüyürəm, nəfəssizəm mən

Bircə sığal bəsdi alışmaq üçün,
Bircə nağıl bəsdi barışmaq üçün.
Tellər bir-birinə qarışmaq üçün,
Həm küləyim yoxdur, həm sənsizəm mən.

Gecələr qoxunu yayır təbiət,
Açıq pəncərədən duyuram xiffət.
Sevgisiz dünyanın adıdır nifrət
Sənsiz aya, ilə həvəssizəm mən.

İtib dodağımın zümzüməsi də
Bahar yanağımın gül qəmzəsi də,
Eşqimin ədalı əndazəsi də
ruhumda boğulub, yar,səssizəm mən.

Nəfəs isidəni günəş isitməz.
Bağrının başında köz işə keçməz.
Sevginin sığalı heç ələ düşməz.
Yenə üşüyürəm, nəfəssizəm mən.

Kimsə tuta bilməz yerini sənin

Baxıram güzgüyə, bu mən deyiləm.
Deyən, yadlaşıram özüm-özümə.
Qulağım səsimə biganələşib
Sözü ipləsəm də gəlmir düzümə.
Burnumdadır eşq qoxan ətrin
Kimsə tuta bilməz yerini sənin.

Günbəgün göynəyir sevgimin yeri,
Həsrətin əlləri sığal çəkəndən.
Dəyişib dünyanın külli məhvəri,
Bu dəli sevgimin kişnərtisindən
Şıltaq ürəyimin qaşıdır yerin.
Kimsə tuta bilməz yerini sənin

Sevgi layla imiş,sevən laylaçı,
Pıçıltın ən şirin zümzüməm imiş.
İndi bilirəm ki, sevginin acı
Leylinin taleyi niyə kəm imiş.
Günəşi doğulmur daha səhərin
Kimsə tuta bilməz yerini səninБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031