manera.az
manera.az

“Ata” poema-eposunun təqdimat və müzakirəsi keçirilib

📅 20.02.2019 16:43

“Ata” poema-eposunun təqdimat və müzakirəsi keçirilib
Fevralın 19-da Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» Klubunda “Şöhrət” ordenli xalq şairi Söhrab Tahir Azər-Azərin “Ata” poema-eposunun təqdimat və müzakirə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq şairi Fikrət Qoca qonaqları salamlayaraq unudulmaz şair, böyük insan Söhrab Tahirlə bağlı şirin xatirələrini danışıb.

Sonra Xalq yazıçısı, AYB-nin katibi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti Çingiz Abdullayev söz alaraq Söhrab Tahir yaradıcılığındakı Azərbaycan ruhunu, cənub mövzusunu, vətən həsrətini şairin özünün yaradıcılığındakı dərin ictimai-siyasi məzmunlu misraları ilə izah edib.
“Ata” poema-eposunun təqdimat və müzakirəsi keçirilib
Xalq şairi Sabir Rüstəmxanlı Söhrab Tahirlə bağlı incə ruhlu xatirələrini danışarkən onun təkcə şair kimi deyil, həm də gənc şairlərə atalıq qayğısından, himayəçiliyindən bəhs edib. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse Prezidenti Rasim Məmmədov Söhrab Tahiri özünün mənəvi atası kimi sevib hörmət etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında irihəcmli poetik əsər hesab edilən “Ata” poema-eposunun qədim şeir forması – qoşma şəklində yazılb. Poema-epos ümumilikdə 2048 səhifə təşkil edir. Eposun 6 girişi, 13 bölməsi, bölmələrin isə ümumilikdə 46 bölümü, hər bölümün isə 216 söylənci özündə birləşdirir. Poema-epos on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayıb yaradan, varlığını, vilayətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə, Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixini özündə əks etdirir.

“Ata” xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, ərəb, fars sözlərindən istifadə edilməmişdir.

Sonda tədbir iştirakçıları əsərin ədəbiyyatşünaslar, türkoloqlar tərəfindən dərindən öyrənilərək tədqiq olunmasının zəruriliyini vurğulayıblar../edebiyyatqazeti.az/

MANERA.AZ


Baxış sayı - 1 075 | Yüklənmə tarixi: 20.02.2019 16:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031