manera.az
manera.az

Günay Nəriman Həsənlinin yaradıcılıq gecəsi keçirilib/ MANERA.AZ

📅 10.03.2017 19:56

Günay Nəriman Həsənlinin yaradıcılıq gecəsi keçirilib/ MANERA.AZ


Şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyini və Dünya Gənc Türk Yazarları Birliyinin üzvü. “Azərbaycan Ədəbiyyatçıları” İctimai Birliyinin sədri Günay Nəriman Həsənlinin yaradıcılıq gecəsi keçirilib.

Gecədə qonaqlar şairin öz ifasında gözəl şeirlər dinləyərək xüsusi zövq alıblar. Tədbiri giriş sözüylə UASB-nin Azərbaycan təmsilçisi, məşhur rəssam Nəvai Metin açıb, uğur diləyərək sözü şairə verib.

Tədbirə dəvət almış xüsusi qonaqların bir-birindən maraqlı çıxışı gecəyə daha da rəng qatıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, tanınmış tərcüməçi və şair Mikayıl Bozalqanlı çıxış edərək, ürək sözlərini söyləyiblər.

Tədbirdə gözəl səsli müğənni Elxan Qaraxanoglu da iştirak edib.

MANERA.AZ


Baxış sayı - 1 802 | Yüklənmə tarixi: 10.03.2017 19:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031