manera.az
manera.az

"Səməd Behrəngi" ədəbi mükafatı təqdim olunub

"Səməd Behrəngi" ədəbi mükafatı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan şöbəsinin təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca beşinci təqdimat mərasimi keçirilib.

Tədbirdə hər iki taydan elm və ədəbiyyat nümayəndələri, şairlər, araşdırmaçılar iştirak edib. Professor Məhəmmədrza Kərimi, şair, araşdırmaçı Saleh Səccar, şair Dinməz Türk, şair Elçin Həsənzadə, prof. əməkdar incəsənət xadimi İlham Rəhimli, Elmlər akademiyasının professoru Vüqar Əhməd, akademiyanın Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Dilbər Rzayeva, sənətşünas rejissor Kəmalə Əliyeva Səməd Behrəngi Ədəbi mükafatı və Avrasiya Sənət Kültür Elm Ədəbiyyat Federasiyasının diplomu ilə təltif olunublar.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, daha sonra sözü xalq şairi Fikrət Qocaya verib. Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Milli Məclisin deputatı Jalə Əliyeva, akademiyanın professoru Nizami Muradov çıxış edib və hərə öz növbəsində Cənubi Azərbaycan ədəbiyyatının təbliğatının genişləndirilməsinə diqqət çəkib.

Sonda mükafatlar təqdim olunub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031