manera.az
manera.az

Ədəbiyyat üçün sinə vuranlar... | MANERA.AZ

Ədəbiyyat üçün sinə vuranlar... | MANERA.AZ
manera.az
Çinarə Ömray yazır...

Son günlər facebook sosial şəbəkəsində diqqətimi çəkən, məndə maraq yaradan və bu yazını yazdıran iki yazarın ayrı-ayrı statusları və onlara qarşı olan münasibət oldu.

Şahid oldum ki, həqiqətən də xalq olaraq nəyə susub, nəyə danışdığımızı heç özümüz də dərk etmirik!..

Xatırlayırsızsa, bu günlərdə gənc yazar Kəramət Böyükçöl xalq şairi Bəxtiyar Vahabzadə haqda status yazıb, Vahabzadəni bəyənmədiyininin səbəblərini izah etmişdi. Həmən ədəbiyyatsevər olaraq hamı bir nəfər kimi ayağa qalxdı, qılıncını götürüb Kəramətə “hücum”a keçmişdi. Az qalmışdı ki, facebook meydanının tən ortasında bir dar ağacı asalar və Kəraməti ədəbiyyat adına qara ləkə kimi ordan asalar. Bu çox da xoş hal olmasa da, bir yandan da sevindirici hal idi ki, demək bu ölkədə heç olmasa ədəbiyyata, ədəbiyyatçıya dəyər verənlər var.

Və yenə qarşıma başqa bir paylaşım çıxır... Bu dəfə daha çox təssüflənirəm. Ədəbiyyat adına sevincim elə həmin dar ağacından özünü asıb intihar edir sanki.

Qabil Ədalət:
“...2007 ci ilədə bütün qəbul imtahanlarından ədəbiyyatı çıxardılar III qrup xaric. Hamı susdu, kimsə qarışmadı..İndi isə Ali məktəbə qəbuldan Azərbaycan dilinin çıxması təhlükəsi var. O da III qrup xaric.. Bunu araşdırmaq üçün ANS TV TQDK-ya üz tutdu. Lakin kimsə cəsarət edib üzə çıxmadı. Demək ki, deyilənlər doğrudur. İndi bəzi orta məktəbdə kimya, fizika müəllimləri muştuluq alır. Düşmənlərin Milli sərvətimizi məhv etdiyi bəs deyil, özümüz-özümüzü məhv edək. Buna niyə susmalıyıq, buna necə yol verməliyik. AYB buna biganə qalmasın. TQDK cavab versin buna... Və bütün AYB, AJB ve QHT səslənirəm xahiş edirəm biganə qalmayaq. Mən ədəbiyyatçıyam, mən dilçiyəm deyənlər buyrun görək...”


Nədənsə bayaq ədəbiyyat deyib sinə vuranlar bu gün buna susublar. Görəsən niyə? B. Vahabzadənin yaxşı şair olmasını sübut etmək bundan vacib məsələdir?..

Manera.az-ın elektron poçtuna Kəramətin statusu ilə bağlı nə qədər etiraz yazıları gəldi. Amma hələ ki, son çağırışla bağlı “Ədəbiyyat fanatları” susur... Poçtumuza bunla bağlı nə yazı gəlir, nə də bir reaksiya verilir...

Bəli, bu gün nəylə silahlanıb, nəyə susduğumuzu heç özümüz də dərk etmirik.

Vaxtınız olanda bir düşünün. Vallah düşünmək elə yaxşı şeydi ki...

Düşünün ki, ədəbiyyatımıza, dilimizə sahib çıxa bilək!...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031