manera.az
manera.az

"Bəxtiyar Vahabzadə bütdü, gərək sındırasan" - Kəramət Böyükçöl - AÇIQLAMA | MANERA.AZ

"Bəxtiyar Vahabzadə bütdü, gərək sındırasan" - Kəramət Böyükçöl  - AÇIQLAMA | MANERA.AZ
Kəramət Böyükçölün Bəxtiyar Vahabzadənin yaradıcılığını tənqid etdiyi status barəsində fikrimi bildirmək istəyirdim, amma Kəramətlə dost olduğuma görə onunla şəxsən söhbət etməmiş yazmaq istəmədim.

Dünə təsadüfən Bakı Dövlət Universtetinin həyətində rastlaşdıq. Çay içib bir az söhbət etdik. Çox uzatmadan bu günlərdə aktual olan mövzudan danışdıq - Bəxtiyar Vahabzadəyə aid yazdığı tənqidən. Həmin söhbətimizin məğzini qısa şəkildə yazıram.

- Kəramət, deyirlər sən o statusu reklam xatirinə yazmışdın... Bu doğrudan belədir?

- Yox, elə öz düşüncələrimdi. Təhqir etməmişəm ki, sadəcə tənqid etmişəm.

- Hə, düzdü. Kimsə qarışa bilməz şəxsi fikrinə. Hərdən məndə də olur ki, çox sevilən bir yazıçının yetərincə istedadlı olduğunu düşünmürəm.

- Bilirsən necədi, Ulucay, Bəxtiyar Vahabzadə bütdü, gərək sındırasan.

- Büt niyə?

- Yox e, büt deyil. Büt Nəsimidi, Nizamidi, Füzulidi.

- Məncə, əgər bir yazıçıya lazımından çox qiymət verildiyini düşünürsənsə, gərək yazıçını yox, oxucunu tənqid edəsən. Oxucuya deyəsən ki, "sənin ədəbiyyatdan başın çıxmır. Bu adama bu qədər dəyər verilməz". Mən də şairəm, mənim zəif yazıramsa, bundan kimə nə? Əgər zəif yazıram və sözün həqiqi mənasında bəyənən varsa, gərək onun yaxasından yapışasan. Həm də bu qədər tənqid ediləsi diri "yazıçı" varkən hansısa ölünü tənqid etməyin mənası yoxdu. Onsuz da həmin adam gorundan qalxıb daha yaxşı yazmağa cəhd edə bilməz, amma diriləri tənqid etsək bəlkə ədəbiyyat uğrunda nəyəsə nail olarıq.

Axıra yaxın Kəramət o statusunda "yazıçı qısqanclığının" olduğunu da etiraf etdi.

Fikrimcə, Kəramət Böyükçölün düşüncəsinə hörmətlə yanaşmaq lazımdı. Lap yazıçı kimi yox, oxucu kimi fikir bildirib. Ən vacibi isə təhqir yox, tənqid edib. Unutmayın ki, zövqlər müxtəlifdir. Kiməsə görə Müslüm Maqomayev əsl müğənnidir, kiməsə görə Üzeyir. Bu təkcə musiqi zövqümüzdə belə deyil. Bu həm də ədəbiyyat və digər sahələrdə də belədir...

Ulucay Akif
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031