manera.az
manera.az

Dövlət yazarlara NİYƏ yardım etməlidir? – ETİRAZ | MANERA.AZ

Dövlət  yazarlara NİYƏ yardım etməlidir? – ETİRAZ | MANERA.AZ
Manaf Kərimov


Həmişə yazarların arzu etdiyi və son günlər manera.az saytı tərəfindən bir daha gündəmə gətirilən yazarlara dövlət qayğısı mövzusununa mən də dövlətdən qayğı uman yazarlara bir yep yekə niyə sualı ünvanlamaqla fikir bildirim.

Yaxşı bilirik ki, yazıçıya dövlət qayğısı yoxdur deyilən məmləkətdə yazarların sayı yağışdan sonra çıxan göbələklərin sayını ötüb keçib. Gəlin baxaq, əgər dövlət də bunlara yardım edərsə, Azərbaycanda 10 nəfərdən 9-nun yazar olmayacağına kim zəmanət verə bilər? Amma bu 9 nəfərdən 8-nin dövlətin məhz ona sahib çıxmalıdır kimi sarsaq iddiaya düşəcəyinə mən elə indidən əminəm. Nədir, ədəbiyyatı döyüş meydanına döndərməkmi istəyirsiz? Bir də kim zəmanət verə bilər ki, dövlətin qayğısından bəhrələnmiş, ən azı 5 il deputat kreslosunda oturub saysız imtiyazlar qazanan yeni Əkrəm Əylislilər meydana çıxıb dövlət və dövlətçilik marağlarını Nobel mükafatının sadəcə iyinə qurban verməyəcək?

Bizim bəzi yazarlar Azərbaycanı “Real Futbol klubu” ilə səhv salıb, kafalarını hələ də

Dövlətin malı dənizdir,
Yeməyənlər donuzdur.

düşüncəsi ilə işlədirlər . Ayıbdır vallah! Əgər bu millətin ziyalı olmağa iddia edən insanları hələ də dövlətə sağmal inək gözü ilə baxırlarsa, bu həmin insanların timsalında millətin faciəsidir!

Bax belə yerdə Əbdürrəhim bəy Haqverdiyevi xatırlamamaq olmur! Görəsən, rəhmətliyə dövlət nə qədər sahib çıxmışdı ? Allah sənə rəhmət eləsin! Necə də zamanında dediyin söz zamanımızla uyğun səslənir ....
Darvazamızı fələк vurubdu!..

Söhbət idmandan düşmüskən, bəyənmədiniz idmançılar dövlətin bayrağını nə qədər rəsmi yarışlarda dalğalandırıb, nə qədər himnimizi səsləndiriblər, bundan xəbəriniz varmı?

Xəbəriniz varmı ki, məhz o idmançıların sayəsində Avropada medal sayına görə ikinci yerdə olduq? Halbuki ədəbiyyatımıza görə hələ də Avropanın qapısında boynumuzu büküb gözləyirik.

Bəlkə mən səhv oxumuşam, daha bir rəhmətlik Səməd Vurğun

Çörək bol olarsa,
Basılmaz Vətən!


yerinə

Yazar bol olarsa,
Basılmaz vətən!

yazıb bizə yadigar qoymuşdur? Onsuz da biz bilirik müharibə başlayacağı təqdirdə bu gün dövlətdən dəstək uman yazarlarımız elə Səməd Vurğun kimi

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən


deyib sonda da bu gün “Bir süngüdür əlimdə qələm” deməklə sadəcə bu dövlət üçün şeir yaza biləcəklərini ortaya qoyacaqlar.
Əgər sənin yazdıqlarını qohum əqrəbandan başqa heç kim oxumursa, ən azından Məmmədhəsən ədəbi zövqünü oxşaya bilmirsənsə, niyə dövlət gecə-gündüz tarlada can qoyub dövlət üçün ən önəmli təhlükəsizliklərdən biri olan dövlətin ərzaq təhlükəsizliyi üçün tər axıdan kəndlidən aldığı vergiylə sənə sahib çıxmalıdır?

İndi ay müasir Mirzə Səfərlər, siz ustadınız kimi xəlvətə çəkilib şərabdan içib qafiyəbazlıq adı ilə qızbazlıq etməklə özünü dövlət qayğısına layiq bilənlər, az da olsa dövlətdan qayğı yox, dövlətə qayğı barədə düşünün!

Düşünməsəniz elə Mirzə Səfər kimi şair olacaqsınız!

Ay, “Allahdan buyruq, ağzıma quyruq” fəlsəfəsi ilə yaşayanlar unutmayın, halva-halva deməklə ağız şirin olma z və dövlətin sizə verdiyi, daha dəqiq ədəbiyyata verdiyi Prezident təqaüdü alan gənclər bunu hara xərclədi, bilirsizmi ?

Ədəbiyyat adına verilən pulların qırmızı şəraba və qırmızı dodaqlara xərcləndiyi məncə hamıya aydındır. Araşdırsanız ortaya çıxar ki, ədəbiyyat adına verilən təqaüddən cəmi 10 faiz yazar elə ədəbiyyat üçün, kitab çap etməklə dövlətin pulunu ədəbiyyat naminə xərcləyir.
Düşünün, yazarlar düşünün!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031