manera.az
manera.az

Kəramət Böyükçölü boş verin! - MANERA.AZ

Kəramət Böyükçölü boş verin!  - MANERA.AZ

Futbol azerkeşləri xatırlayar belə epizodları; Rəqib komanda topu künc zərbəsindən oyuna daxil etməyə hazırlaşır. Komandanın baş məşqcisi bir oyunçunu təcili cərimə meydançasına göndərir. Cərimə meydançasına daxil olan oyunçu bir dala, bir qabağa qaçmağla oradakı nisbi sakitliyi bir andaca dəyişir. Ara qarışır, məzhəb itir və bundan istifadə edən zirək oyunçulardan biri topu rəqib komandanın qapısından keçirir…

Bax, indi Kəramət Böyükçölün dünənki statusu mənə nədənsə həmin dala – qabağa qaçan oyunçunu xatırlatdı. Status yazır, aranı qarışdırır və bəziləri bulanıq suda balıq tutmaq sevdasına düşür.

Kəramət Azərbaycan ədəbiyyatının istedadlı gənclərindən biridir. Düzdür, onun istedadından necə istifadə etdiyi tam başqa bir mövzunun söhbətidir, amma kimi bəyənib, kimi bəyənməməyi bu insanın öz işidir. Təbii ki, dünya məkanında olduğu kimi Azərbaycanda da kimsə toxunulmaz deyil.

Kəramətin həftədə bir, ayda bir kiminsə bəyənib bəyənməməsi səpkili statusları ilə sadəcə deyim ki, facebook ədəbiyyatında olan durğunluğu aradan qaldırır. Kimlərsə sinəsini qabağa verib “mən də varam” deməklə nə qazanmaq istəyir, bax bunu anlamıram!..

Dostlar, Kəraməti bildik, bəs sizə nə olub? Özünüzə sual verin: Bəxtiyar Vahabzadənin sizin bu şərhlərinizə ehtiyacı varmı? Onu niyə bütləşdirməyə cəhd edirsiz axı?

"Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır."
- Bu misraları yazan kişini bütləşdirməklə nəyə xitmət edirik ki? Ehtiyacı varmı, bu bütləşməyə və əgər bütləşdirdiyimiz bir insan Kəramətin bir statusu ilə dağılacaqsa, demək elə dağılmağa məhkumdur.

Bəxtiyar Vahabzadə öz sözünü zamanında demiş bir insandır. Sadəcə çox təəssüf ki, öz sözünü zamanında demiş insan zamanında öz sözünü yenə deyə bilməyib sadəcə kölgəyə çəkildi. Həm də sanki məmləkətin bütün problemlərinin kökündə məhz bu status durub onu yazanı öz aləmlərində “kaznetləmək” üçün növbəyə duranlar. Görəsən, bundan qat-qat taleyüklü məsələlərdə nəyə lal olurlar? Olmaya Bəxtiyar Vahabzadə Qarabağ məsələsindən daha önəmlidir? Bəzən azad sözü boğulmasından giley edən sinəsinə döyüb mən öz sözümü deməkdə azadam deyənlər bəs niyə Kəramətin azad söz hüququna təcavüz etmək istəyirlər? Bir statusua görə Kəramətin, hələ üstəlik atası şair Qəşəm Nəcəfzadənin yaradıcılığını ələk-fələk edənlər, bəyəm Kəramət “mən Bəxtiyardan daha yaxşı yazıram” deyə bir iddiadamı bulundu? Kəramətin sözünü bir az rəndələsək, indiyə qədər kimsənin demədiyi sözü deyib, halbu ki, çoxları bunu ara söhbətlərində dəfələrlə deyib, amma birinci Kərəmət dedi, amma təəssüf ki, status səviyyəsində!..

Kəraməti “asıb-kəsən”lərin bu məsələyə Qəşəm Nəcafzadəni zorla qaynaq etmək cəhdini hec çür anlaya bilmirəm. Atalar oğulların sözünə görə niyə ittiham olunmalıdır ki? İnsanlar, sizin havanız hələ 1937-ci ildəki havadır deyəsən. Bir atanı oğula görə ittiham etmək tarixin arxivində qalmadımı? Xüsusən də Kəramət kimi oğula görə.

Xatırladaq ki, Kəramət bir müddət öncə tənqid etdiyi insanların birinin “mən sənin atanla dostam” sözünə “elə atamla ikiniz də eyni tip insanlarsınız” deməklə onun üçün ata anlayışının yalnız evdə və çox doğru olaraq yalnız evdə olduğunu ortaya qoymuşdu. Niyə zorla ataları oğulların söhbətinə qaynaq edirik? Kəramət ədəbiyyatda Qəşəm Nəcəfzadəyə belə amansızdır. Özünün dediyi kimi “mənim atam Qəşəmlə işim yoxdur, mənim davam şair Qəşəmlədir.” İndi sizlər Qəşəmi ittiham etməklə nə qədər haqlısız?

Əgər yaşamın nə demək olduğunu bilirsizsə imkan verin, Kəramət yaşasın. Lap elə sağa, sola daş atsın , aranı qatsın , unutduqlarımızı xatırlatsın bizə!..


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)


MANERA.AZ



Baxış sayı - 3 105 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930