manera.az
manera.az

Rusiyanın Xalq artisti Bakıda konsert verəcək

📅 07.01.2019 20:46

Rusiyanın Xalq artisti Bakıda konsert verəcək
Aprelin 8-də dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Manera.az xəbər verir ki, ifaçı konsertdə öz repertuarında olan əsərlərlə yanaşı, dünya bəstəkarlarının da yaradıcılığına müraciət edəcək.

Biletləri şəhərin kassalarından, bütün “ASAN xidmət” və onlayn iticket.az-dan əldə etmək olar.

Denis Matsuyevın sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

MANERA.AZ


Baxış sayı - 1 066 | Yüklənmə tarixi: 07.01.2019 20:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031