manera.az
manera.az

Xalq Artisti yad ediləcək |MANERA.AZ

📅 09.03.2017 10:00

Xalq Artisti yad ediləcək  |MANERA.AZ
Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Ramiz Mirişlinin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunacaq.

Konsertdə Xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq, Gülyaz Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İsgəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və “Sevil” qrupu iştirak edəcək.

Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Güləndam” və digər sevilən mahnıları ifa olunacaq.

Biletləri “iticket.az” saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.


Baxış sayı - 1 321 | Yüklənmə tarixi: 09.03.2017 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031