manera.az
manera.az

Rusiyanın məşhur qrupu Bakıda konsert verəcək |MANERA.AZ

📅 09.08.2016 09:40

Rusiyanın məşhur qrupu Bakıda konsert  verəcək |MANERA.AZ
Sentyabrın 16-da Rusiyanın “Gecə snayperləri” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.

MANERA.AZ xəbər verir ki, Yaşıl Teatrda baş tutacaq konsertdə əfsanəvi qrup yeni albomundan mahnılar və ən yaxşı hitləri təqdim edəcək. Kollektivin rəhbəri Diana Arbeninadır.

Qeyd edək ki, “Gecə snayperləri” qrupu 2013-cü ilin dekabrında 20 illiyini qeyd edib.

Bu hadisə ilə əlaqədar qrupun “Crocus City Hall”da möhtəşəm konserti olub. “Gecə snayperləri” Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallinn, Vilnüs, London, Paris və digər şəhərlərdə mütəmadi olaraq konsert proqramları ilə çıxış edib.


Baxış sayı - 1 494 | Yüklənmə tarixi: 09.08.2016 09:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031