manera.az
manera.az

"Şanson gecəsi” adlı konsert keçiriləcək

📅 11.09.2018 14:58

"Şanson gecəsi” adlı konsert keçiriləcək
Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinski, Hava Dolev, Flora Eyvazova “Florensiya”, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin və Bayram Cəlilov iştirak edəcəklər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan “Şanson” janrında mahnılarla yenidən paytaxt sakinlərini və qonaqları sevindirəcəklər.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.


Baxış sayı - 1 712 | Yüklənmə tarixi: 11.09.2018 14:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31